Dünyada koronavirusa yoluxma halları avqustun sonundakı səviyyədə qalır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ardıcıl ikinci həftədir ki, dünyada təxminən 4,4 milyon yeni yoluxma halı aşkar edilir.
Ümumilikdə, pandemiyanın başlanğıcından bəri 273 milyondan çox insanda koronavirus aşkarlanıb. Beləliklə, planetin hər 30-cu sakini ona yoluxub, lakin təkrar infeksiyalar səbəbindən hesablamalarda kiçik səhvlərə yol verilir, dünya ölkələri bu barədə statistika dərc etmir.
Bununla yanaşı, dünyada infeksiyaya görə ölüm halları azalır - son 7 gündə 50,1 min nəfər ölüb ki, bu da ötən həftə ilə müqayisədə 2,2 min nəfər azdır.
Pandemiya qurbanlarının ümumi sayı 5,3 milyonu ötüb, yəni koronavirus səbəbindən hər 50 nəfərdən bir yoluxmuş şəxs ölüb.