Dünyanın ən yaşlı qadını  öldü
26 aprel 2022 02:47 (UTC +04:00)

Dünyanın ən yaşlı qadını öldü

0

Dünyanın ən yaşlı qadını Keyn Tanaka Yaponiyada 120 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Yaponiyalı qadın yanvarın 2-də doğum gününü qeyd etmişdi.

Ən uzun ömürə sahib qadın Fukuoka prefekturasındakı qocalar evində yaşayırdı.

Tanaka 1903-cü ildə anadan olub.

İkinci Dünya Müharibəsi zamanı o, ərini və oğlunu itirib.

2005-ci ildən qocalar evində yaşayır.

Pandemiya fonunda tətbiq edilən məhdudiyyətlər səbəbindən o, son vaxtlar qohumları ilə görüşə bilmirdi.

Qadın ömrünün son illərində xərçənglə mübarizə aparırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2417

Oxşar yazılar