Nigeriyada dünyanın ən kiçik milyarderi yaşayır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əsl adı Muhammed Aval Mustafa olan, lakin Mompha Junior kimi tanınan 10 yaşlı uşaq dünyanın ən gənc milyarderi olub. İngiltərə mətbuatı isə balaca uşağın dəbdəbəli həyatını manşetlərə çıxarıb.
Nigeriyada yaşayan və atası ölkənin sosial mediasında məşhur olan Mustafanın lüks avtomobilləri və nəhəng malikanəsi var. O, Dubayda atasının 6 yaşında ona hədiyyə etdiyi lüks malikanədə yaşayır və qarajında "Bentley" və "Lamborghini" kimi lüks avtomobillərə sahibdir.
Mustafanın sərvətinin 1 milyon 139 min manatdan çox olduğu təxmin edilir.