Dünyanın ən dərin hovuzu: “Deep Dive”  - Bir saatı 410 dollara...
18 iyul 2021 08:40 (UTC +04:00)

Dünyanın ən dərin hovuzu: “Deep Dive” - Bir saatı 410 dollara...

Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) 60 metrə qədər dərinliyi olan hovuzun açılış mərasimi olub.

Lent.az "AFP"ə istinadən xəbər verir ki, bu, dünyada ən dərin hovuzdur. 

“Deep Dive” (Dərin dalış) adlı hovuzda sualtı dünyanı sevənlər üçün hər şey nəzərdə tutulub. Əsas su hövzəsindən əlavə, orada süni “su altında qalmış şəhər” də var.

Hovuz formaca molyuska qapağını xatırladır. Çünki qədim zamanlarda bu diyarlarda dalğıclar suya mirvari tapmaq məqsilə girərdilər.

Obyektdə 14 milyon litrdən çox su var ki, bu da altı olimpiya hovuzunun tutumu ilə müqayisə edilə bilər.

Yeni hovuza baş çəkmək istəyənlər bir saat üçün 135-410 ABŞ dolları xərcləməli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3171
avatar

Oxşar yazılar