Dünyanın ən çox göydələnə sahib şəhərləri AÇIQLANDI
05 avqust 2025 10:30 (UTC +04:00)

Dünyanın ən çox göydələnə sahib şəhərləri AÇIQLANDI

0

Şəhər gəzintilərinin ən unudulmaz hissələrindən biri  göylərə ucalan nəhəng göydələnlərə tamaşa etməkdir. Bu möhtəşəm memarlıq əsərləri yalnız yaradıcı təxəyyül deyil, həm də düşünülmüş şəhər planlaşdırması tələb edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki,bir binanın göydələn sayılması üçün minimum 150 metr hündürlüyə malik olması lazımdır. Bu meyara əsasən tərtib edilmiş reytinqdə Honkonq 560 göydələnlə birinci yerdə qərarlaşıb.

Honkonq - Göydələnlər şəhərinin zirvəsində

Əhalisinin sürətlə artdığı və dağlıq relyefə malik olan Honkonqda yeganə çıxış yolu "yuxarıya doğru tikinti" olub. Bu da şəhəri Cənubi Çin dənizi sahilində yerləşən göydələn cənnətinə çevirib.

Şəhərin ən hündür binası Beynəlxalq Ticarət Mərkəzi 2010-cu ildə tikilib və 484 metr hündürlüyü ilə 118 mərtəbədən ibarətdir. Digər mühüm binalar sırasında Beynəlxalq Maliyyə Mərkəzi (416 m), Central Plaza (374 m) və Çin Bankı Qülləsi (1989-cu il, asimmetrik arxitektura ilə tanınır) var. Sonuncu bina “İşıqlar Simfoniyası” adlı axşam işıq şousunun da simvoludur.

Ən çox göydələnə malik 20 şəhər (2024)

  1. Honkonq, Çin – 560 göydələn
  2. Şengen, Çin – 444
  3. Nyu-York, ABŞ – 320+
  4. Dubay, BƏƏ
  5. Quançjou, Çin
  6. Şanxay, Çin
  7. Kuala-Lumpur, Malayziya
  8. Vuhan, Çin
  9. Tokio, Yaponiya
  10. Çunçin, Çin
  11. Çikaqo, ABŞ
  12. Banqkok, Tailand
  13. Çendu, Çin
  14. Cakarta, İndoneziya
  15. Mumbay, Hindistan
  16. Toronto, Kanada
  17. Şenyang, Çin
  18. Sinqapur, Sinqapur
  19. Nanning, Çin
  20. Xançjou, Çin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1950

Oxşar yazılar