Dünyada koronavirusa yoluxma və ölüm azaldı
02 mart 2023 05:04 (UTC +04:00)

Dünyada koronavirusa yoluxma və ölüm azaldı

0

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 28 gündə qlobal miqyasda koronavirusa yoluxanların və ölüm hallarının sayı müvafiq olaraq 77% və 66% azalıb.

Lent.az-ın xəbərinə görə, bu barədə qurumun fevral ayına dair hesabatında bildirilib.

Qeyd olunur ki, qlobal miqyasda son 28 gündə (30 yanvar - 26 fevral 2023-cü il) 4,8 milyondan çox yeni yoluxma və 39 000-dən çox ölüm qeydə alınıb. Bu da əvvəlki 28 günlə müqayisədə müvafiq olaraq 76% və 66% azdır.  

Fevralın 26-na olan məlumata görə, dünyada COVID-19-a 758 milyondan çox təsdiqlənmiş yoluxma və 6,8 milyondan çox ölüm faktı qeydə alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1501

Oxşar yazılar