Dünyaca məşhur Nüsrət haqqında İDDİALAR
01 may 2023 16:35 (UTC +04:00)

Dünyaca məşhur Nüsrət haqqında İDDİALAR

"Salt Bae" kimi tanınan aşpaz və restorançı Nusrət Gökçeyə məxsus restoranların keçmiş işçiləri bir sıra iddialar irəli sürüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, restoran işçiləri daha çox tələbat olduğu təəssüratı yaratmaq üçün sakit vaxtlarda London restoranının qarşısında yalan növbədə durmağa məcbur edildiklərini deyiblər. 

Eyni zamanda, Mikonos və Dubaydakı restoranlarda işləyənlər Nüsrətin bəzi işçilərdən masaj tələb etdiyini iddia edib. Dubaydan olan keçmiş işçi də Gökçənin yorğun olanda masalarda yatdığını və o oyanmadan heç bir işçinin məkanı tərk etmədəyini vurğulayıb. 

Xarici işçilərin restoranlarda işləyən türk işçilərlə eyni münasibətlə qarşılaşmadıqlarını və ayrı-seçkiliklə üzləşdiklərini iddia ediblər. 

Dubaydakı işçilərindən birinin dediyinə görə, o və digər işçilər səhvən masaya bir parça qalıq biftek gətirdikdən sonra maaşlarından təxminən 140 dollar kəsilirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Fidan İlqar

Oxşar yazılar