Dövlət Şurasının rəhbəri vəfat etdi  - FOTO
25 dekabr 2022 04:04 (UTC +04:00)

Dövlət Şurasının rəhbəri vəfat etdi - FOTO

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

O, 65 yaşında dünyasını dəyişib.

Frattini 2002-ci ilin noyabrından 2004-cü ilin noyabrınadək xarici işlər naziri, 2008-ci ilin mayından 2011-ci ilin noyabrınadək isə Silvio Berluskoninin rəhbərliyi altında hökumətdə çalışıb.

Bundan əlavə, Frattini dövlət idarəçiliyi naziri və Avropa Komissiyası sədrinin müavini olub.

2022-ci ilin yanvarından Frattini İtaliya Dövlət Şurasının rəhbəri vəzifəsini icra edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Oxşar yazılar