Rusiyanın Saxalin vilayətində 25 yaşlı yerli sakin içki içən yoldaşını döyərək öldürdüyünə görə mühakimə olunub.
Lent.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Hadisə Oxa şəhərinin Dzerjinski küçəsindəki evdə baş verib. Hadisə baş verən gün həmin şəxs 48 yaşlı tanışı ilə spirtli içki qəbul edib. Daha sonra kişilər arasında münaqişə yaranıb və işdə iştirak edən şəxs yumruqları ilə rəqibinə hücum edib.
Dava zamanı təqsirləndirilən şəxs televizoru tutub və dostunun başına bir neçə dəfə atıb. Nəticədə zərərçəkmiş hadisə yerində ölüb.