Fransa məhkəməsi nəzir pullarını mənimsəyən din xadiminə yüngül cəza verib.
Lent.az-ın xəbərinə görə, Van şəhər məhkəməsi sübut edib ki, 51 yaşlı keşiş nəzir pullarını Kolumbiyadakı aclara yardım adı ilə mənimsəyib.
Din xadimi bu məqsədlə dəfələrlə sözügedən ölkəyə səfər edib. Səfər zamanı o, apardığı pulları yüngül əxlaqlı qadınlara xərcləyib. Keşişin mənimsədiyi məbləğ təxminən 680 000 avro olub.
Məhkəmənin qərarı ilə din xadimi 3 il şərti olaraq azadlıqdan məhrum edilib.