Braziliyada baş verən hadisə dünya mediasının diqqət mərkəzindədir
Lent.az-ın xəbərinə görə, hökumətmeylli deputat Daniel Silveira 3 gündür parlamentdə yatmasının səbəbini jurnalistlərə bildirib.
Məlum olub ki, Ali Məhkəmə bir çıxışına görə deputata cinayət işi açıb və onun elektron qolbaq taxmaqla sərbəst qalması barədə hökm çıxarıb. Bu qolbaq sayəsində deputat yalnız evdən işə və əksinə hərəkət edə biləcək. Silveira isə qolbaqdan imtina edir.
Millət vəkili parlamentə yorğan-döşək də gətirib.