Gürcüstan parlamentinin üzvü Maki Boçorişvili ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin əsas arzusunun adını çəkib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, parlamentari bildirib ki, siyasətçi Gürcüstanda hakimiyyətə qayıtmağa çalışır.
Boçorişvili əlavə edib ki, eks-lider respublika ilə bağlı istənilən mühüm məsələdən öz maraqları üçün istifadə edir və hökumət orqanlarının əleyhinə hərəkət edir.
“Saakaşvili yeganə arzusu ilə Gürcüstanda hansısa yolla hakimiyyətə qayıtmaqdır və bunun üçün hər şeydən istifadə edir”, - deputat vurğulayıb. O, belə qənaətə gəlib ki, siyasətçi uzun müddətdir hakimiyyətə can atır, Gürcüstandan öz maraqları üçün istifadə edib, istifadə edir və istifadə edəcək.