Tunis sahillərində 13 qeyri-qanuni miqrantın cəsədi tapılıb.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Milli Qvardiya Administrasiyası açıqlama yayıb.
Açıqlamaya görə, yoxlamalar aparan Hərbi Dəniz Qüvvələri birlikləri ölkənin cənubundakı Şafaks şəhəri sahillərində 13 immiqrantın cansız cəsədini dənizdən çıxarıb, 25 immiqrantı isə xilas edib.