Dəməşqin şərqində yerləşən Duveyla rayonundakı yunan kilsəsində ibadət zamanı partlayış baş verib.
Lent.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.
Hadisə zamanı o, əvvəlcə kilsəyə toplaşan insanlara atəş açıb və əl qumbaraları atıb, daha sonra isə özünü partladıb.
Nəticədə azı 25 nəfər həyatını itirib, onlarla yaralı var.