Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Anadolu magistralının Kocaeli hissəsində baş verib.
26 avtomobilin iştirakı ilə baş verən qəzada 2-si ağır olmaqla 13 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis, həkim və yanğınsöndürmə briqadaları cəlb edilib.
Qəzaya görə magistralın İstanbul istiqaməti bir müddət nəqliyyatın hərəkəti üçün bağlı olub.
Hadisəyə səbəb mazut yağı daşıyan avtomobildən yola dağılan yanacaq olub.
Yolda sürüşkənlik yaradan yanacaq qəzanı qaçılmaz edib.