"Dedi qaç, canını qurtar..."   - İki gün ac qalan həmyerlimiz Xarkovdan danışdı - VİDEO
05 aprel 2022 19:12 (UTC +04:00)

"Dedi qaç, canını qurtar..." - İki gün ac qalan həmyerlimiz Xarkovdan danışdı - VİDEO

Lent.az xəbər verir ki, Ukraynadakı müharibə vəziyyətində bütün çətinliklərə baxmayaraq sağ qalmağı və vətəninə qayıtmağı bacaran Ruslan Səfərov yaşadıqlarını eksklüziv olaraq APA TV-yə danışıb.

Qazaxıstanda doğulub Astarada yaşayan Ruslanın 35 yaşı var. O sürücüdür, son 6 il ərzində yükdaşıma ilə bağlı demək olar ki, Ukraynanın bütün şəhərlərində olub. Bu ilin fevralında Ukraynaya gedişi isə onun üçün hər mənada sonuncu ola bilərdi.

Ruslan deyir ki, bir 35 il də keçsə, onun üçün ən unudulmaz il məhz 2022 olacaq:

“Ayın 20-si gömrükdə idi. 20-si çatdım Xarkov şəhərinə, Kalaçkovski deyilən gömrüyə. Gömrükdə 23-ü axşam girdim bazara, 24-ü səhər saat 5 olardı, atışma başladı. Atışma başladı, biz qaldıq orada. Nə çıxa bildik, nə başqa bir şey. Heç yerə gedə bilmədik. Atışma gedən zaman 4 gün maşında qaldıq. 4 gündən sonra lap yaxınlaşdılar bazara. Bomba düşdü maşının qabağına, biz qorxudan meşəyə qaçdıq.”

Sürücü deyir ki, orada olduğu müddətdə bir qadının güllələnməsinin şahidi olub. 11 000 dollara yaxın maddi ziyana düşən Ruslan bütün bunlara baxmayaraq özü ilə apardığı 20 ton göyərtini ukraynalılara havayı paylayıb, ən azından bu addımı ilə müharibə şəraitində olan insanlara kömək etmək istəyib:

”Meşəyə düşəndə də atışma gedir, atışmadır. Oradan sonra gəlib zirzəmiyə girdik. Bizi zirzəmiyə gətirib saldılar. 16-17 gün orada qaldıq. İki gün ac qaldıq. Bir azərbaycanlı var idi orada, 2 gündən sonra o bizə gətirib verdi. Maşın da göyərti ilə yüklü idi. Maşının yükünü mən oradan çıxanda sahibi yükə yiyə durmadı, dedi: “Boşalt zibilliyə, hara ürəyin istəyirsə, boşalt. Qaç, canını qurtar.” Mən də o yük ilə təzədən gəldim Odessa şəhərinə. Yarısını Odessa şəhərində millətə payladım. Gəldik üzü Moldovaya, sərhədə tərəf, orada payladıq. Belə-belə 20 ton göyərtini payladıq millətə.”

Çox çətin anlardan və yollardan keçərək Ruslan Azərbaycana qayıtmağı bacarır.

Ruslan Səfərovun bunkerdə yaşadıqları onun səhhətinə təsirsiz ötüşməyib. Hazırda öd, qaraciyər, ürək və digər daxili orqanlarının müalicəsi davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968
avatar

Oxşar yazılar