Fransanın keçmiş prezidenti Şarl de Qollun nəvəsi Pyer de Qoll Qərbin Rusiyaya qarşı sui-qəsdindən danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, De Qollun nəvəsinin sözlərinə görə, Qərb Rusiyaya qarşı sanksiyaları və iqtisadi müharibəni əvvəlcədən planlaşdırıb.
Beşinci Respublikanın qurucusunun nəvəsinin sözlərinə görə, anti-Rusiya sanksiyalarının sayı və dərinliyi onların çoxdan planlaşdırıldığını göstərir.
“Bu, əslində, əsl iqtisadi müharibədir” deyən Pyer de Qol ABŞ-ın bu müharibədən faydalandığını qeyd edib.
De Qollun nəvəsi onu da bildirib ki, sanksiyaların doğurduğu görünməmiş iqtisadi böhranda Rusiyanın günahı yoxdur, buna görə Vaşinqton və Brüssel Moskvanı günahlandırmağa çalışır.