2021-ci ildə daşqınlar dünya iqtisadiyyatına 82 milyard dollardan çox ziyan vurub.
Lent.az-ın xəbərinə görə, bu statistika ilə İsveçrənin Svis Re təkrar sığorta şirkəti çıxış edib.
Təkcə Avropada ötən yayda qeydə alınan daşqınlar 40 milyon dollarlıq ziyan törədib. Daşqınlardan ən çox əziyyət çəkən ölkələr Çin, Hindistan, Filippin və ABŞ-dır.
2021-ci ildə təbii fəlakətlərin vurduğu ümumi ziyan 270 milyard dollardan çox olub.