Nigeriyanın şimalında son dörd gündə güclü yağışın səbəb olduğu daşqın və çoxsaylı torpaq sürüşməsi nəticəsində azı 50 nəfər ölüb.
Lent.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Nigeriyanın Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin icraçı katibi Sani Yusuf bildirib.
“Ciqava əyalətində leysan yağışın səbəb olduğu daşqın nəticəsində avqustun 11-dən bəri 50 nəfər ölüb, yüzlərlə insan yaralanıb”,- deyə o bildirib.
Yusifin sözlərinə görə, 200-dən çox ev və bina dağılıb.
Səlahiyyətlilər evlərini itirənlər üçün ştatda 11 müvəqqəti yaşayış düşərgəsinin yaradıldığını bildirib.