Daha bir ölkədə meymunçiçəyi  aşkar edildi
24 may 2022 23:45 (UTC +04:00)

Daha bir ölkədə meymunçiçəyi aşkar edildi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) meymunçiçəyinə ilk yoluxma aşkar edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. 

Yoluxan şəxs Afrikadan qayıtmış 29 yaşlı qadındır. O, xəstəxanaya yerləşdirilib. Nazirlik epidemioloji vəziyyətin nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, BƏƏ meymumçiçəyi aşkar edilmiş ikinci Yaxın Şərq ölkəsidir. Ötən şənbə İsraildə də xəstəlik aşkar edilib. 

# 1761
avatar

Oxşar yazılar