2007-ci ildən istehsal olunan “Nissan Qaşqay”ın 3-cü versiyası hazırlanıb.
Lent.az xəbər verir ki, model yeni versiyası ilə dizellə vidalaşıb. 14 ildir ki, Avropada 3 milyondan çox satılan “Qaşqay”ın yeni növü ölçülərinə görə, əvvəlkindən böyükdür. Belə ki, avtomobilin həm uzunluğu, həm hündürlüyü, həm də salonu artırılıb. Avtomobildəki yeniliklərdən biri də, 16 fərqli rəngdə istehsal olunmasıdır.
Yeni "Nissan Qaşqay"
“Nissan Qaşqay”ın yeni növünün əvvəlkindən fərqlərindən biri də odur ki, salon tam müasir şəkildə təchiz olunub. Avtomobilin daha bir yeniliyi isə məlumatlandırıcı lövhənin rəqəmsal ekran olmasıdır. Ən böyük yenilik isə avtomobilin bundan sonra dizel yanacaqla satışa buraxılmamasıdır. Belə ki, yeni model yalnız 1.3 motor benzin və 1.5 motor hibridlə istehsal olunacaq. 1.3 motor olan mühərrik 138 və 156, 1.5 hibridlər isə 184 at gücündə olacaq.
Son model "Nissan Qaşqay"
Modelin hibrid maşınlarında enerji daxili yanma ilə deyil, təkərlərin dövr etməsi ilə əldə olunacaq.
Yeni "Nissan Qaşqay"ın salonu
Son model "Nissan Qaşqay"ın kabinəsi