Dağıstanlılar aeroporta soxuldu, yəhudilərin qovulması istənilir  - YENİLƏNİB
30 oktyabr 2023 02:47 (UTC +04:00)

Dağıstanlılar aeroporta soxuldu, yəhudilərin qovulması istənilir - YENİLƏNİB

Dağıstanın Mahaçqala şəhərində hava limanında baş verən insident zamanı xəsarət alanların sayı məlum olub.

Lebnt.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis və mülki şəxslər də daxil olmaqla 20-dən çox insan xəsarət alıb.

10 nəfəri rayon xəstəxanalarındadır, onlardan ikisinin vəziyyəti ağırdır.

***

Saat 01:44

Mahaçqala hava limanında baş verən iğtişaşlar nəticəsində bir neçə nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bu bardə Regional Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda yaralıllara tibbi yardım göstərilir.

***

29.10.2023

Saat 23:24

Dağıstan üzrə İstintaq Komitəsi Mahaçqala hava limanında yaranmış vəziyyətlə bağlı cinayət işi açıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi məlumat yayıb.

“Mahaçqala hava limanındakı iğtişaşların bütün iştirakçıları milli ədavət, qarşıdurma yaratmaq maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar”, - deyə bildirilib.

***

Saat 23:15

Mahaçqala hava limanında iğtişaşlar zamanı dörd nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Rəqəmlərin artacağı ehtimal edilir.

Hazırda etirazçılar Mahaçqala hava limanının binasından və uçuş-enmə zolağında sıxışdırılıb çıxarılıb.

***

Saat 22:38

Dağıstanda bir qrup insan Mahaçqala hava limanında izdiham yaradıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onlar toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər.

Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.

İzdihaç hava limanına girişi bağlayıblar.

Onlar "Allahu əkbər" qışqıraraq əllərində Fələstin bayrağı tutublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5553
avatar

Oxşar yazılar