Dağıntıları əlləri ilə qazaraq ailələrini axtaran ATALAR
09 fevral 2023 13:52 (UTC +04:00)

Dağıntıları əlləri ilə qazaraq ailələrini axtaran ATALAR

Malatyada zəlzələdən dağılmış evlərinin xarabalıqlarını əlləri ilə qazaraq ailələrini axtaran Yalçın Alınak və Nihat Usta kameralara tuş gəlib. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, daşı, torpağı dırnaqları ilə qazaraq, doğmalarını xilas etməyə can atan yüzlərlə insan var.

Yalçın Alınakın cəhdləri boşa getməyib. Dağıntılar altından qızı Havinin səsini eşidib - “Ata burdayıq”.
 Xilasetmə işlərinə lazer şüaları və termal kameraları ilə qoşulan hərbiçilər Havinin səsi gələn yerə dərhal lazer şüaları yönəldirlər. 7 mərtəbəli binanın altında qalan ailənin qurtarılmasına ümid yaranıb.

16 yaşlı Havin, anası və bacısı baş verən birinci zəlzələdən sonra  evə daxil olub dincəlmək istəmiş, ikinci zəlzələdə ev yerlə yeksan olunca dağıntılar altında qalmışdılar. Hazırda onların xilasetmə işləri davam edir.

Nihat Usta 21 yaşlı qızını qurtarmaq üçün 3 gündür çalışır, O Yalçın qədər şanslı deyil. Dağıntıların ətrafından uzaqlaşa bilmir. Xilasedicilər öz işlərini görsələr də, o da yalın əllə qazıntılara kömək edib, xanımından, qızlarından bir səs eşitməyə çalışır. 

Saatlar keçir. İndi artıq zəlzələ bölgəsində hər dəqiqə bir insan ömrü ilə ölçülür. Ümid isə yaşayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar