COVİD-19 virusunun yayılmadığı  ƏRAZİLƏR
07 may 2021 22:16 (UTC +04:00)

COVİD-19 virusunun yayılmadığı ƏRAZİLƏR

İlyarımdır dünyada koronavirus pandemiyası tüğyan edir. Miluonlarla insanın ölümünə səbəb olan COVİD-19 virusu demək olar ki, dünyanın hər bir qitəsində geniş yayılıb. 

Amma virusun yayılmadığı yerlər də var. 

Lent.az XXI əsrin bəlası olan COVİD-19 virusunun yayılmadığı məkanları təqdim edir:

Amerika Samosa

ABŞ daxilində müstəqil bir bölgə olan Amerika Samosası Sakit okeanda yerləşir və beş ada və iki atoldan ibarətdir. Adanın əhalisi təxminən 55 min nəfərdir. Burada ancaq hava nəqliyyatı fəaliyyət göstərir.  

Cook adaları

Cook adaları ABŞ-ın Havay əyalətinin cənubundadır. 15 kiçik adadan ibarətdir və siyasi baxımdan Yeni Zelandiyanın tərkibindədir. Sərhədlərdə tətbiq edilən karantin sayəsində ada sakinləri virusa yoluxmayıb. Bundan əlavə, turistlərin gəlməsi və gəmilərin fəaliyyəti bir müddərdir qadağan edilib.

Mikronezya

Yeni Qvineya sahillərinin şimalında, Karolin adalarında, Mikroneziyada yerləşən Okeaniyada dövlətdir. 600-dən çox ada olan Mikroneziyada bu zamana qədər koronavirusa yoluxma halı qeydə alınmayıb. Qəribə burasındadır ki, dövlət virusun geniş yayıldığı ABŞ, Çin və Yaponiya ilə əlaqələrini davam etdirir. 

Şimali Koreya

Şimali Koreyanın koronavirusa yoluxan şəxslər haqqında məlumat verməməsi böyük bir mübahisəyə səbəb olub. Çin və Cənubi Koreya ilə həmsərhəd olan Şimali Koreyada yoluxma halının qeydə alınmaması demək olar ki, qeyri-mümkün hesab olunur. Ölkədə çox sərt bir karantin və səyahət məhdudiyyəti olduğu bildirilir. Eyni zamanda, sərhədlər hələ də bağlıdır.

Türkmənistan

Türkmənistanda da  COVID-19 virusuna yoluxanlar haqqında heç bir məlumat verilmir. Bəziləri ölkədə virusa yoluxmamanın səbəbini uçuşlara və kütləvi dini tədbirlərə qoyulan qadağanı əsas göstərir. Yoluxma faktı qeydə alınmasa da, Türkmənistanda maska taxmaq və sosial məsafəyə diqqət yetirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4203
avatar

Nigar Adil

Oxşar yazılar