Dünyada yeni növ koronavirusa qarşı 10 milyard dozadan artıq peyvənd vurulub.
Lent.az-ın xəbərinə görə, bu statistikanı TASS agentliyi yayıb
Peyvəndlərin yarıdan çoxu cəmi üç ölkədə - Çində (2,98 milyard), Hindistanda (1,67 milyard) və ABŞ-da (0,54 milyard) tətbiq olunub.
Avropa qitəsində və bir çox inkişaf etmiş ölkədə əhalinin böyük hissəsinin peyvəndlənməsi başa çatıb. Afrikanın bəzi ölkələrində isə əhalinin 3 faizdən az hissəsi tam peyvənd olunub.