Almaniyada növbəti etirazlar: koronavirus məhdudiyyətlərinə qarşı
02 avqust 2020 08:23 (UTC +04:00)

Almaniyada növbəti etirazlar: koronavirus məhdudiyyətlərinə qarşı

Almaniyanın paytaxtı Berlin şəhərində 20 min nəfərdən ibarət toplum koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı icazəsiz mitinq keçirib.

APA yerli DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat verib.

Bildirilib ki, polisin müdaxiləsindən sonra mitinq dağıdılıb.

Etiraz mitinqi əvvəlcə şəhər mərkəzində 17 min insanın yürüşü ilə başlayıb. Sonradan nümayişçilər Tierqarten rayonunda “17 iyun” küçəsinə toplaşıblar. Əlavə 3 min nəfər də etirazçılara qoşulub.

Qeyd edək ki, ötən sutka ərzində Almaniyada 955 nəfərdə yoluxma aşkarlanıb. Ölkədə ümumilikdə 209 653 nəfər yeni virusa yoluxub. Onlardan 9148-i ölüb, 193 minə yaxın xəstə isə sağalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3994
avatar

Oxşar yazılar