ABŞ-ın Florida ştatının Mayami şəhərinin Sorfsayd bölgəsində, çökən 13 mərtəbəli binada axtarış və xilasetmə işləri hələ də davam edir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ölənlərin sayı 36-ya çatıb.
Mayami-Deyd bələdiyyə başçısı Danil Levin Kava binanın dağıntıları arasında davam edən işlər zamanı daha 4 nəfərin cəsədinin tapıldığını açıqlayıb.
Kava, 36 nəfərdən 29-nun şəxsiyyətinin müəyyən edildiyini və daha 109 nəfərin də dağıntılar altında olduğunu bildirib.
Qeyd edək ki, 24 iyunda binanın bir hissəsi uçub. Floridaya yaxınlaşan qasırğanı nəzərə alaraq, 4 iyulda da binanın digər hissəsi də ehtiyatlı şəkildə sökülüb. Binanın sakinləri isə təxliyə edilib.
Sevinc Nurəddinova