Çılpaq şəkil çəkdirən, 8 rəqəminə inanan, heykəl ayağı öpən HARVARDLILAR 
11 sentyabr 2023 10:19 (UTC +04:00)

Çılpaq şəkil çəkdirən, 8 rəqəminə inanan, heykəl ayağı öpən HARVARDLILAR 

0

Dünyanın ən qədim universitetlərindən biri olan Harvard sentyabrda yaranıb. 

Lent.az bu münasibətlə dünya reytinqlərində birinci yeri əminliklə qoruyan Harvard Universiteti barədə maraqlı faktları təqdim edir.

Dünyanın ən məşhur və ən nüfuzlu təhsil ocağının əsası 1636-cı ildə kollec olaraq qoyulub. ABŞ-ın Massacusets ştatının Kembric şəhərində yerləşən bu universitet ingilis əsilli missioner və xeyriyyəçi Con Harvardın adını daşıyır. Çünki övladı olmayan Harvard öz mülkünün yarısını və kitablarını bu təhsil müəssisəsinə vəsiyyət edib. Yaranmasından 3 il sonra kollecə onun adı verilib. Harvard kolleci 1810-cu ildə universitet statusu alıb. O ABŞ-ın ilk universitetidir. Yaradıldığı ilk ildə kolleci 9 nəfər bitirib. Cəmi bir müəllimi olub.

Hazırda 34,9 milyard dollar kapitalı var. Universitetin kampusu 154 hektar ərazini əhatə edir. Universitetin kitabxanasında 18,9 milyon cild kitab var.

Bu universitetin məzunlarından düz 40 nəfər Nobel laureatıdır.

Universitetin həyətində Harvardın şərəfinə qoyulmuş abidə dünyada ən çox şəkli çəkilmiş abidəsi sayılır. Maraqlıdır ki, bu heykəl mister Harvardın özünü əks etdirmir, kollecdə təhsil almış bir tələbə oturaraq heykəltəraş üçün model rolunu oynayıb. Harvardlı tələbələr Harvardın heykəlinə “3 qat yalan”  abidəsi adını veriblər. Çünki o əsl Harvardın  heykəli deyil, üstündə yazılıb ki, Harvard universitetin əsasını qoyub, hərçənd ki o ancaq sponsorluq etmişdi. Üçüncü də heykəlin üzərində universitetin yaranma tarixi 1638 yazılıb, halbuki 1636 olmalıydı.
Heykəlin insanlara uğur gətirdiyinə inanırlar. Ona görə də tələbələr və turistlər onun ayaqlarına o qədər əl sürtüblər, öpüblər ki, “Harvardın ayaqları” par-par yanır. 

Universitetin həyətində kommersiya məqsədilə çəkilişlər 1970-ci ildən qadağan edilib.

Harvardda təhsil alan tələbələrin 60 faizdən çoxu təhsil müəssisəsindən maliyyə dəstəyi alır. Bu vəsait Harvardda təhsil, sığorta, yataqxana və qidalanmaq üçün bütün xərcləri ödəməyə bəs edir.

Harvardın əsas giriş qapısı bir qayda olaraq bağlı olur. Bu da qədim ənənədir və Harvarddan sonra bir çox müəssisələrdə tətbiq olunur. Heç bir səbəb olmadan əsas giriş qapıları bağlı saxlanılır. Harvardda isə bunun öz mənası var. Qapılardan tələbə həyatında 2 dəfə keçməlidir. Bir qəbul olanda və bir də məzun adını alıb gedəndə.

Harvard Universitetini çox sayda dünya şöhrətli şəxslər bitirib: ABŞ-nin 8 prezidenti Harvard məzunudur (Con Adams, Con Kinsi Adams, Teodor Ruzvelt Franklin Delano Ruzvelt, Ruterford Heys, Con Fitsjerald Kennedi kiçik Corc Buş Barak Obama), İsrailin keçmiş baş naziri Benyamin Netanyahu, Danimarka vəliəhdi Frederik, Küveyt Şeyxi Məhəmməd Sabah, Bill Gates, Mark Zukerberq, Aktrisa Natali Portman da belə xoşbəxtlərdəndir.

Harvardda 8 rəqəminin xüsusi enerji daşıdığına, talisman olmasına inanırlar. Çünki bu ABŞ-ın Azadlıq Deklarasiyasını bu universitetin məzunu olmuş 8 siyasətçi imzalayıb, 8 məzun isə prezident olub.

Harvardın reqbi komandası Amerikanın  ən güclü komandalarından biridir.

1940-1970-ci illərdə Harvarda qərib bir ənənə hökm sürüb. Cinsiyyətindən asılı olmayaraq bütün məzunlar çılpaq şəkil çəkdirməli idilər. Rəsmi mənbələrə görə, bu şəkillər psixoloq, professor Şeldona araşdırma üçün lazım imiş. O insan bədəni ilə intellekti arasındakı əlaqəni araşdırırdı.

Hər il Harvarda 125 ölkədən 21 min tələbə qəbul olunur. Bu qəbul olunmaq istəyənlərin 6 faizi deməkdir. Qəbul prosesi sərtdir, çətindir, Lakin Harvardı bitirmək daha çətindir. Bu universiteti bitirən şəxslər ən güclü kadrlar hesab olunur, üzlərinə bütün qapılar  açılır. Harvardın qapılarını bir növ sehirli “Sim-Sim” qapıları adlandırmaq olar. Çünki ondan keçənlərin taleyi daha əvvəlki kimi olmur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6282

Oxşar yazılar