Ceyms Bondun avtomobili HƏRRACDA  - FOTO
04 avqust 2022 12:23 (UTC +04:00)

Ceyms Bondun avtomobili HƏRRACDA - FOTO

Ceyms Bondun "Ölməyə vaxtı yoxdur" filmində istifadə olunan Aston Martin DB5 avtomobili hərraca çıxarılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildə çəkilmiş filmdə istifadə olunan avtomobilin 2 milyon lirəyə (təxminən 5 milyon manata yaxın) satılacağı gözlənilir. 

Avtomobil Böyük Britaniyada hərraca çıxarılacaq. 

Lakin film üçün xüsusi modifikasiya edilmiş nəqliyyat vasitəsi yolda qeydiyyatda olmadığından avtomobili alan şəxs avtomobili yolda idarə edə bilməyəcək.


 

# 1926
avatar

Fidan İlqar

Oxşar yazılar