Nigeriyanın şimalındakı Kebbi əyalətində Niger çayında gəminin batması nəticəsində 10 nəfər həlak olub.
Lent.az-ın xəbərinə görə, göyərtəsində yüzə yaxın sərnişinin olduğu gəmi çayı keçərkən ikiyə bölünüb.
Nigeriya rəsmilərinin sözlərinə görə, 80-dən çox adam xilas edilib, 10 sərnişinin cəsədi tapılıb, daha 10 nəfər itkin düşüb.
İlkin versiyaya görə, hadisəyə səbəb gəminin həddindən artıq yüklənməsi olub.