Canlı yayımda plakat açan televiziya əməkdaşı cərmələndi
15 mart 2022 21:23 (UTC +04:00)

Canlı yayımda plakat açan televiziya əməkdaşı cərmələndi

0

Məhkəmə Rusiya “Pervıy” televiziya kanalının canlı efirində Ukraynada müharibəyə qarşı etiraz edən Mariya Ovsyannikovanı cərimə edib.

Lent.az-ın “Ria Novosti”yə istinadla xəbərinə görə, məhkəmənin qərarı ilə Ovsyannikova İnzibati Xətalar Məcəlləsinin 20.2-ci (icazəsiz tədbir keçirmə) maddəsi ilə təqsirli bilinərək 30 min rubl (450 manat) məbləğində cərimə olunub.

Ovsyannikova özünü təqsirli bilməyib.

Qeyd edək ki “Pervıy” Kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlərin canlı yayımı zamanı kamera qarşısına çıxaraq, üstündə “müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1462

Oxşar yazılar