Buçanın ələ keçirilməsi zamanı rus qoşunları yerli sakinləri siyahı ilə öldürüb.
Lent.az xəbər verir ki, bu barədə şəhərin meri Anatoli Fedoruk məlumat verib.
Onun sözlərinə görə, ilk növbədə siyahıda fəallar, əməliyyat iştirakçıları və yerli məmurlar seçilib.
Fedoruk əlavə edib ki, siyahılar yerli əməkdaşlardan biri tərəfindən tərtib edilib.
Hərbçilər isə Rusiya Federasiyasının ali hərbi rəhbərliyinin göstərişi ilə hərəkət ediblər.