Tərəflər nəzərə çarpacaq irəliləyiş əldə etmişkən, Buça və İrpindən gələn görüntülər, Kramatorskda mülki insanların hədəfə alınması atılan addımlara kölgə saldı.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Mən səmimi şəkildə inanıram ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması şərti, dialoq yolu ilə problemin həlli tapıla bilər” – Ərdoğan vurğulayıb.
***
“Biz iki qonşumuz arasında başlayan münaqişəyə son qoymaq üçün intensiv diplomatik səylər göstərdik”.
Lenta.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, heyətlərin İstanbul görüşündə konkret addımlara nail olunub.
“Biz hər iki tərəfin etibar etdiyi ölkə olaraq səylərimizi davam etdiririk. Hər iki tərəf İstanbulda danışıqların irəliləməsinin tərəfdardır. Cənab Zelenski və Putinlə müntəzəm olaraq telefon danışıqlarım olur. İki liderin xüsusilə Türkiyədə görüşməsini arzuladığımı bildirirəm. Bu münaqişələr davam etdikcə təkcə itkilər deyil, həm də iqtisadi xərclər artır. İki qonşumuz arasında atəşkəs və daha sonra davamlı sülhün bərqərar olması bəşəriyyət üçün görülən ən yaxşı işlərdən biri olacaqdır”,- o bildirib.