Bu xəstəlikdən hər il 140 mindən çox insan ÖLÜR  - YOLUXUCUDU
15 sentyabr 2022 19:29 (UTC +04:00)

Bu xəstəlikdən hər il 140 mindən çox insan ÖLÜR - YOLUXUCUDU

ÜST Suriyada vəba xəstəliyinin yayılması ilə bağlı xəbərdarlıq edib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Suriyada ilk yoluxmanın 2009-cu  ilk yoluxma hallarının qeydə alınmasından sonra Suriyada vəbanın yayılmasının çox yüksək riski barədə xəbərdarlıq yayıb.

Təşkilat ölkənin 14 əyalətindən ən azı beşində xəstəliyi aşkarladığını və vəbanın digər əyalətlərə də yayılma riskinin yüksək olduğunu bildirib. 

Sentyabrın 12-də isə Suriya Səhiyyə Nazirliyi hökumətin nəzarətində olan ərazilərdə vəbadan iki nəfərin öldüyünü bildirib. Şənbə günü isə Suriyanın şimalında və şərqində nəzarət altında olan bölgələrdə üç nəfərin öldüyü vurğulanıb.

ÜST bu vəbanın adətən çirklənmiş qida və ya su vasitəsilə ötürüldüyünü, ishal və qusmaya səbəb olduğunu qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, 10 ildir davam edən müharibə Suriyanın su təmizləyici qurğularının üçdə ikisini, nasos stansiyalarının yarısı və su qüllələrinin üçdə birini zədələyib. Agentlik bildirir ki, əhalinin təxminən yarısı alternativ və çox vaxt təhlükəli su mənbələrindən istifadə edir, çirkab suların ən azı 70 faizi çirkli qalır.

Qeyd edək ki, dünyada bu xəstəliyə hər il 1,3 milyondan 4 milyona qədər insan yoluxur. 21 min və 143 min arasında insan isə ölür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Aytəkin Cəlali

Oxşar yazılar