Dünyada tullantıların ekologiyaya vurduğu ziyan getdikcə böyük problemə çevrilir. Bəzi ölkələrdə tullantılar tətkar emaldan sonra plastik istehsalında istifadə olunur. Sinqapur tullantılardan fərqli şəkildə istifadə etməyi öyrənib.
Lent.az-ın məlumatına görə, ölkədəki bütün tullantılar bu işlə məxsus olan şirkət tərəfindən toplanılır. Bu proses həftənin 7 günü 24 saat ərzində dayanmadan davam edir. Toplanan tullantılar yandırılır və alınan istilik elektrik enerjisinə çevrilir.
Deyəcəksiniz bəs küllər? Küllər üçün də çarə tapılıb. Sinqapur dənizdə süni ada yaradıb. Küllər həm adanın zəmini kimi istifadə olunur, həm də adanın içərisində yaradılmış dənizlə əlaqəsi olmayan qapalı su hövzəsinə boşaldılır. Emaldan sonra dəniz canlıları üçün faydalı məhsula çevrilərək istifadə olunur.