Bu ölkədə yeraltı məktəb  tikirlər - SƏBƏB
10 noyabr 2023 09:24 (UTC +04:00)

Bu ölkədə yeraltı məktəb tikirlər - SƏBƏB

Ukraynada Xarkov vilayətinin Korotiç kəndində yeraltı məktəb-sığınacaq tikməyə başlayıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, bu, əslində uşaqların təhlükəsiz şəraitdə oxuya biləcəyi yeraltı məktəbdir. Həmin məktəbdə tələbələr və müəllimlər də daxil olmaqla 500-ə qədər adam yerləşə biləcək. Belə bir məktəbin tikintisi üçün təxminən 99,1 milyon qrivna (2,7 milyon dollar) lazımdır.

Sinequbov bildirib ki, yeraltı sığınacaq bir neçə otaq, sanitar qovşağı, üç çıxış, eləcə də avtonom elektrik mənbəyi ilə təchiz olunacaq. Belə bir məktəb S-300 raketi və digər döyüş sursatlarının birbaşa zərbəsinə tab gətirə biləcək.

Xarkov meri İqor Terexov bildirib ki, bu layihə təhlükəsizlik vəziyyəti ilə əlaqədar yaranıb.

“Belə bir sığınacaq minlərlə xarkovlu uşağa hətta raket təhdidləri zamanı təhlükəsiz şəxsi təhsilini davam etdirməyə imkan verəcək”, - deyə rəsmi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678
avatar

Oxşar yazılar