Bu ölkədə yenidən sərt karantin bərpa olundu
20 dekabr 2021 07:17 (UTC +04:00)

Bu ölkədə yenidən sərt karantin bərpa olundu

Bazar ertəsindən etibarən Niderlandda sərt karantin rejimi bərpa olunub. 

Lent.az-ın xəbərinə görə bayram müddətində kəskin yoluxmaların qarşısını almaq üçün hökumət bu addımı atıb.

Baş Nazir Mark Rutte televiziya ilə müraciətində bildirib ki, “omicron” variantının yayılmasının qarşısını almaq üçün yeganə yol karantindir.

Ölkədə fəaliyyəti zəruri olmayan bütün ticarət obyektləri, restoran, teatr və muzeylər yanvarın 14-dək bağlı olacaq. Məktəblər isə yanvarın 9-da fəaliyyətə başlayacaq. Evdə qəbul ediləcək qonaq sayı isə dörddən ikiyə endirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar