Dubay
20 dekabr 2021 04:40 (UTC +04:00)

Dubay

Bu ölkədə yeni ildən yeni həftə sistemi tətbiq olunacaq

Birləşmiş Ərəb Əmirliklərində 1 yanvar 2022-ci ildən etibarən həftə Qərb sisteminə uyğunlaşdırılacaq.

Lent.az-ın xəbərinə görə, gələn aydan etibarən həftənin iş və istirahət günləri Qərb modelinə uyğun dəyişdiriləcək. Artıq cümə deyil, şənbə və bazar günləri həftə sonu hesab ediləcək.

İstirahət vaxtı cümə günü saat 13.00-da cümə namazı ilə başlayıb bazar axşamı başa çatacaq. Yeni qayda həm dövlət, həm də özəl sektor üçün məcburidir. Hökumətdəki mənbələr bildirir ki, yeni sistemin məqsədi ölkənin Qərb bazarı ilə daha yaxşı uzlaşmasını təmin etməkdir. 

Qeyd edək ki, həftə sonu məsələsi BƏƏ-nin yarandığı 1971-ci ildən mübahisə predmetidir. 2006-cı ilədək istirahət günləri cümə axşamı-cümə hesab edilib, sonra isə cümə-şənbəyə dəyişdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar