Gürcüstanda Turizmin İnkişafı İnstitutu turistlərdən otellərdə qalmalarına görə vergi tutulmasını təklif edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, institut oteldə qalmaq üçün adambaşına gündə 1 lari (təxminən 65 qəpik) toplamaq istəyir. Təşəbbüslə toplanan vəsait abadlaşdırılma üçün şəhər büdcəsinə köçürülməlidir.
Gürcüstanın “Vestnik Telegram” kanalı qeyd edib ki, belə bir yığımla Batuminin xəzinəsini təkcə 2023-cü ildə 4-6 milyon lari (təxminən 2 milyon 630 min 400 manat-3 milyon 945 min 600 manat) artırmaq olar. Onların proqnozlarına görə, bir-iki ildən sonra vergilər tətbiq oluna bilər.
Turizmin İnkişafı İnstitutu 2017-ci ildə yaradılıb. Onun yaradılması turizm biznesinin planlaşdırılması və inkişafı, bazar araşdırması, marketinq və brend strategiyası, qonaqpərvərlik xidmətinin təhlili və biznesin monitorinqi məqsədi daşıyır.