Yeni Zelandiyada siqaret çəkmək rəsmən qadağan edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə yeni ildən qüvvəyə minəcək qaydaya əsasən, 2008-ci ildən sonra doğulanlara siqaret satışına ömürlük qadağa qoyulub.
Yaşı 14 və ondan aşağı olan şəxslərin qanuni siqaret almasının qarşısının alınması ilə bağlı qərar 2023-cü ildə qüvvəyə minəcək.
Yeni Zelandiya Səhiyyə Nazirinin müavini Ayesha Verrall bildirib ki, bu qanunun əsas məqsədi minlərlə gənin daha uzun, daha sağlam ömür sürməsinə kömək etməkdir.