Rumıniyada bu gündən etibarən parça materialdan olan qoruyucu maska taxan şəxslər 570 dollar cərimə ödəməli olacaq.
Lent.az-ın məlumatına görə, bunu Rumıniyanın daxili işlər naziri Luçian Bode yerli telekanalın efirinə açıqlamasında deyib.
Nazir mütəxəssislərə istinadən bildirib ki, Omicron ştamı çox tez yayılır və yüksək yoluxucudur və bu şəraitdə qoruyucu maska taxmaq yayılmanın qarşısını almaq üçün çox vacibdir:
“Lakin uyğun olmayan maska taxmağın cəzası onun olmamasına görə verilən cəzaya bərabərdir”.