Bu ölkədə məmurlara icazəsiz ölkədən getmək  qadağan edildi
10 aprel 2022 16:00 (UTC +04:00)

Bu ölkədə məmurlara icazəsiz ölkədən getmək qadağan edildi

0

Pakistanın Federal Təhqiqatlar Agentliyinin (FIA) təhlükəsizlik və İmmiqrasiya Xidmətinin əməkdaşlarına etirazın olmaması barədə sertifikat olmadan ölkədən gedən dövlət məmurlarının buraxılmaması barədə tapşırıqlar verilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bütün beynəlxalq hava limanlarında FİA əməkdaşları yüksək hazırlıq vəziyyətinə gətirilib. Xidmət əməkdaşlarına xüsusi icazə olmadan xaricə getmək istəyən bütün dövlət qulluqçularının qarşısının alınması tapşırılıb.

Aprelin 3-də Pakistanın İnformasiya və Yayım naziri Fərrux Həbib Pakistan hökumətinin istefaya göndərildiyini açıqlayıb.

Aprelin 9-da Pakistan parlamenti baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Ölkə parlamenti aprelin 11-də yeni baş nazirin seçilməsinə səs verəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2234

Oxşar yazılar