Bu ölkədə mədən çökdü, 15 ölü, 11 yaralı var  - VİDEO
22 fevral 2024 12:00 (UTC +04:00)

Bu ölkədə mədən çökdü, 15 ölü, 11 yaralı var - VİDEO

Venesuelanın Bolivar ştatında açıq mədənin çökməsi nəticəsində azı 15 nəfər ölüb, 11 nəfər yaralanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ölkə lideri Nikolas Maduro çıxışı zamanı xilasetmə işlərinin tam sürətlə davam etdiyini bildirib.

Xilasetmə əməliyyatlarına iki helikopter cəlb olunub. Onlar zərərçəkənləri tibb müəssisələrinə təxliyə edirlər.

Mədənin çökməsi bir gün əvvəl baş verib və videoya çəkilib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda göstərilir ki, fövqəladə vəziyyət zamanı karxanada onlarla insan olub.

Prezident əlavə edib ki, 70-ə qədər şaxtaçı dağıntılar altında qalıb, lakin Maduro bu məlumatın təsdiqlənmədiyini iddia edib.

Yerli media şaxtanın cəmi altı ay əvvəl hasilata başladığını və şaxtaçıların təxminən 35 metr dərinlikdə qaldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3222
avatar

Oxşar yazılar