Bu ölkədə koronavirusa görə 85 min uşaq valideynsiz qalıb
09 yanvar 2023 04:28 (UTC +04:00)

Bu ölkədə koronavirusa görə 85 min uşaq valideynsiz qalıb

0

Covid-19 pandemiyası Peruda 85 mindən çox uşağın yetim qalmasına səbəb olub.

Lent.az-ın xəbərinə görə, bunu Perunun Qadınlar üzrə Nazirliyi bildirib. Nazirlik bildirir ki, pandemiya vaxtı 80 mindən çox uşaq valideynini və ya himayəsində olduqları şəxsi itirib. 

Statistikaya görə, 33 milyon əhalisi olan Peru ötən ilədək hər milyon nəfərə düşən ölüm sayına görə dünyada birinci olub. Ölkədə yoluxma sayı 4,6 milyon nəfəri, ölü sayı isə 218 mini keçib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1663

Oxşar yazılar