Ada ölkəsi olan Tonqada 2 doza vaksin vurduran şəxs koronavirusa yoluxub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki,Tonqada Yeni Zelandiyadan gələn bir sərnişinin test nəticəsinin pozitiv olmasıyla ada ölkəsində ilk koronavirus xəstəsi kimi qeydə alınıb. .
Tonqanın baş naziri Pohiva Tuionetoa açıqlamasında Yeni Zelandiyadan olan bir sərnişinin COVID-19 testinin müsbət olduğunu söyləyib. Yeni Zelandiyanın səhiyyə rəsmiləri də Tonqaya səfər edən şəxsin iki doza peyvənd vurdurduğunu bildiriblər..
Təxminən 106 min əhalisi olan Tonqa sakinlərinin təxminən 31 faizi tam, 48 faizi isə 1-ci doza peyvənd vurdurub.