İndoneziyanın Tanbar bölgəsində 7,7 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerin 97 kilometr dərinliyində baş verib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Ölən və ya yaralananlar barədə məlumat verilmir.