Tacikistan və Əfqanıstan sərhədində gecə saatlarında 5,7 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar saat 02:49-da (Bakı vaxtı ilə 00:49) qeydə alınıb.
Təbii fəlakətin episentri Alma-Atadan 823 km cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 35 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.