İndoneziyanın Sumatra adasında 6 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 209 minə yaxın insanın yaşadığı Pematangsiantar şəhərindən 153 km cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı Yerin 80 kilometr dərinliyindən yerləşib.
Ölən və yaralananlar barədə məlumat verilmir.