İndoneziyanın Cənubi Sumatra əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Baturaya şəhərindən 133 kilometr cənub-qərbdə, ocağı isə 66 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.