Perunun cənubunda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Cənubi Amerika Respublikasının Geofizika İnstitutu məlumat yayıb.
Yeraltı təkanların episentri 1000-ə yaxın insanın yaşadığı Kilka şəhərindən 11 km qərbdə yerləşib.
Zəlzələ yerin 80 kilometr dərinliyində baş verib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.